+994 557009686[email protected]B.e.–Cümə 09:00–18:00Sifarişi izlə

Haqqımızda

SINUS Solutions sənaye avtomatlaşdırılması, idarəetmə sistemləri və mühəndislik həlləri sahəsində kompleks xidmətlər təqdim edən şirkətdir. Biz müəssisələrin ehtiyaclarına uyğun layihələndirmə, texniki həllər və avadanlıq təchizatı ilə istehsal proseslərinin daha etibarlı, təhlükəsiz və səmərəli olmasına töhfə veririk.

Nə edirik?

Sənaye müəssisələri üçün avtomatlaşdırma, idarəetmə və mühəndislik həlləri təqdim edirik. Layihələndirmə və texniki sənədləşdirmədən proqramlaşdırma, avadanlıq təchizatı və sahə montajına qədər bütün mərhələlərdə etibarlı dəstək göstəririk.

1. Mühəndislik

Instrumentation & Control və Electrical Engineering üzrə mühəndislik sənədlərinin hazırlanması: P&ID, Hook-up və Wiring diaqramları, kabel marşrutları, texniki məlumat vərəqləri (Datasheet), material tələbləri (MR) və texniki təkliflərin qiymətləndirilməsi (TBE).

2. Proseslərin avtomatlaşdırılması

PLC/PAC proqramlaşdırılması, DCS və ESD sistemlərinin layihələndirilməsi, proqramlaşdırılması və inteqrasiyası, HMI/SCADA sistemlərinin qurulması, yeni layihələrin avtomatlaşdırılması və mövcud sistemlərin modernləşdirilməsi.

3. İdarəetmə və MCC şkafları

Elektrik və idarəetmə şkaflarının layihələndirilməsi, komponent seçimi, yığılması, quraşdırılması və sınaqdan keçirilməsi.

4. Sahə montaj işləri

Ölçü cihazlarının, impuls xəttlərinin, elektrik kabellərinin və şkafların layihə tələblərinə uyğun quraşdırılması.

5. Texniki xidmət

Planlı texniki baxış, nasazlıqların aradan qaldırılması, kalibrləmə işlərinə dəstək və ehtiyat hissələrinin təchizatı.

Bütün mərhələlərdə bir komanda.

Layihənin ilkin mərhələsindən istismara verilməsinə qədər etibarlı mühəndislik tərəfdaşınız.

40+tamamlanmış layihə
10il təcrübə
4tərəfdaş brend
24/7texniki dəstək

Komandamız

Sənədlər

Lisenziya, sertifikat və distribyutor məktubları.

PDFHollysysPDF · 0.2 MBPDF-i aç

Partnyorlar

Birgə layihələr həyata keçirdiyimiz, əməkdaşlıq etdiyimiz və sənaye həllərinin inkişafında tərəfdaşlıq etdiyimiz şirkətlər

HollysysSINUS Solutions olaraq HollySys ilə əməkdaşlığımız çərçivəsində sənaye müəssisələri üçün müasir avtomatlaşdırma, idarəetmə və təhlükəsizlik sistemləri, eləcə də sənaye avadanlıqları təklif edirik. Məhsul portfelinə DCS, PLC, SIS/ESD sistemləri, SCADA proqram təminatı, sahə ölçü cihazları, idarəetmə klapanları və aktuatorlar daxildir. Məhsul təchizatı ilə yanaşı, layihələndirmə, mühəndislik, sistem inteqrasiyası, proqramlaşdırma və istismara vermə xidmətləri də təqdim edirik.
Schneider ElectricSINUS Solutions olaraq Schneider Electric ilə əməkdaşlığımız çərçivəsində sənaye avtomatlaşdırılması və elektrik sistemləri üçün müasir texnologiyalar və avadanlıqlar təklif edirik. Məhsul portfelimizə PLC/PAC kontrollerləri, HMI panelləri, tezlik çeviriciləri, Soft Starter-lər, motor idarəetmə komponentləri, elektrik mühafizə avadanlıqları və enerji təchizatı sistemləri daxildir. Məhsul təchizatı ilə yanaşı, layihələndirmə, avadanlıq seçimi, şkafların yığılması, proqramlaşdırma və texniki inteqrasiya xidmətləri təqdim edirik.