Məxfilik siyasəti
Bu siyasət SINUS Solutions MMC-nin sinusolutions.az saytında topladığı şəxsi məlumatları necə istifadə etdiyini izah edir.
Hansı məlumatları toplayırıq
Sifariş və əlaqə formunda yazdığınız ad, telefon nömrəsi, email ünvanı və mesaj. IP ünvanınız saxlanılmır — yalnız sui-istifadənin qarşısını almaq üçün şifrələnmiş (hash) forması qeyd olunur.
Nə üçün istifadə edirik
Yalnız sifarişinizi və ya sorğunuzu icra etmək, sizinlə əlaqə saxlamaq və qiymət təklifi göndərmək üçün. Məlumatlarınızı reklam məqsədilə üçüncü şəxslərə vermirik.
Hüquqlarınız
Saxlanılan məlumatlarınızı öyrənmək, düzəltmək və ya silinməsini tələb etmək üçün bizə yazın: [email protected].